
“Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumunu şiddətlə qınayırıq. Qanlı cinayətin törədilməsində əli olanların ən sərt şəkildə cəzalandırılmasını tələb edirik”.
Bu fikirləri Milli Məclisin sədri Sahibə Qafarova parlamentin fevralın 1-də keçirilən yaz sessiyasının ilk plenar iclasında çıxışı zamanı deyib.