Qlobal çağırışlar şəraitində regional ölkələrin qarşılıqlı əlaqəsi sülh və həmrəyliyin möhkəmləndirilməsində əsas rol oynayır.

Bunu Belarus parlamentinin sədri Natalya Koçanova qurumun fevralın 19-da Bakıda Azərbaycanın sədrliyi ilə keçirilən 15-ci plenar sessiyasında deyib.

Onun sözlərinə görə, parlamentarilər sülh, həmrəylik və rifahın möhkəmləndirilməsində mühüm rol oynayırlar: “Biz bütün ölkələrimizdə sülh və həmrəyliyin olması üçün mümkün olan hər şeyi etməliyik. Bugünkü iclas bu məqsədlər naminə birləşməyə hazır olduğumuzu təsdiqləyir”.

N.Koçanova, Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovaya və azərbaycanlı həmkarlarına səmərəli əməkdaşlığa görə təşəkkürünü bildirib.

O qeyd edib ki, ötən il Azərbaycan nümayəndə heyətinin Belarusa səfəri parlamentlərarası əlaqələrin inkişafına yeni təkan verib: “Biz bütün sahələri əhatə edən mövcud razılaşmalar çərçivəsində əməkdaşlığın davam etdirilməsində maraqlıyıq”.

İstinadlar Report