Milli Məclisin Aparatında yeni təyinat baş tutub.

Parlament Aparatının Məxfi sənədlərlə iş sektoruna yeni müdir təyin edilib.

Bu vəzifəyə İlhamə Turabova gətirilib. Hüquqşünaslıq ixtisasına malik dövlət qulluqçusu “Dövlət qulluğunda fərqlənməyə görə” və “Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə” medalları ilə təltif edilib.

İ.Turabova 2022-ci ildən Fövqəladə Hallar Nazirliyinin (FHN) Hüquq idarəsinin rəisi vəzifəsində çalışıb. O, 2024-cü ilin may ayında bu vəzifədən azad edilib.

Parlamentin İqtisadi qanunvericilik şöbəsinin Mülki hüquq qanunvericiliyi sektorunun müdiri vəzifəsinə isə Azər Aqil oğlu Səmədov təyin edilib.

35 yaşlı Azər Səmədov daha əvvəl vəkil kimi fəaliyyət göstərib. O, Vəkillər Kollegiyasının 18 saylı vəkil bürosunun üzvü olub.

İstinadlar Qafqazinfo