Milli Məclisin bu gün keçirilən iclasında Ramiz Rzayevin Ali Məhkəmənin hakimi təyin edilməsi haqqında məsələyə baxılıb. 

Məsələ barədə deputatları məlumatlandıran parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, Ramiz Rzayev 1953-cü il fevralın 25-də Xudat şəhərində anadan olub. 2005-ci ilin aprelin 19-dan Ali Məhkəmənin sədri, Məhkəmə-Hüquq Şurasının üzvüdür: “O prokurorluq orqanlarında dövlətçilik prinsiplərinə sadiq olub. Məhz onun təşəbbüsü ilə Ali Məhkəmə tərəfindən bir  neçə mühüm qanun layihəsi hazırlanıb, parlamentə göndərilib və qəbul edilib. Bir müddət öncə Məhkəmə Hüquq Şurasında onun namizədliyi məsələsi müzakirə olunub və ölkə prezidentinə göndərilib. Bu gün isə dövlət başçısının təqdimatı ilə  məsələyə baxılması tövsiyə edilib”.

Bundan əlavə,  Qasım Əliyevin vəzifəsi dəyişdirilərək Naxçıvan Muxatar Respublikasının Ali Məhkəməsinin hakimi təyin edilmədi məsələsinə baxılıb. Q. Əliyev bu vəzifənin icrasına qədər Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsinin sədri vəzifəsində çalışıb. 

Oxumağa dəyər:   XİN: Qarabağa qanunsuz səfər edən Fransanın Sent Etyen şəhərinin merinin adı "qara siyahı"ya salınacaq

Sonda hər iki məsələ səsə qoyularaq qəbul edilib.

İstinadlar Qafqazinfo