Şəhid Rəcai limanındakı hadisədə xarici iştirakını təsdiqləyən heç bir sübut təqdim edilməyib.
Bunu İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü Əli Xəzrian bildirib.
Onun sözlərinə görə, mövcud sübutlara əsasən, hadisə zəif daxili təhlükəsizlik və qeyri-müvafiq idarəetmə səbəbindən baş verib:
“Xarici amillərin iştirakına dair hələ heç bir sübut təqdim edilməyib”.
Əli Xəzrian bu fəlakətə səbəb olan amillərə qətiyyətlə cavab vermək zərurətini vurğulayaraq deyib: “Şəhid Rəcai limanındakı partlayış faciəli bir insan fəlakətidir. Bunun kökləri struktur çatışmazlıqlarında və ölkənin limanlarının idarə edilməsindəki ciddi səmərəsizlikdədir”.