
“Son aylarda həyata keçirilən tədbirlər nəticəsində ölkə yollarında 31 məntəqə üzrə 51 elektron tərəzi quraşdırılıb”.
Bu barədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov məlumat verib.
O bildirib ki, elektron tərəzilərin quraşdırılması yolların mühafizəsi baxımından müsbət nəticələr verir: “Bu işdə Daxili İşlər Nazirliyinin gördüyü tədbirlər, aparılan maarifləndirmə işi də çox əhəmiyyətlidir”.
Nazir müavini əlavə edib ki, hazırkı vaxtadək Bakı şəhərində 19000 parklanma yeri təşkil edilib: “Parklanma xidmətinə görə sürücülərdən tutulan 10 qəpik xidməthaqqı isə mobil operatorların özlərinin müəyyən etdiyi ödənişdir. Lakin mobil tətbiq vasitəsilə ödəniş edilərkən heç bir əlavə xidməthaqqı mövcud deyil”.
Nizam Rza