Parisdə bıçaqla silahlanmış şəxs hərbi patrula hücum edərək hərbçilərdən birini yaralayıb.

Bu barədə Fransanın daxili işlər naziri Jerald Darmanen bildirib.

“Asayişin qorunması əməliyyatında iştirak edən əsgər Parisdə Şərq vağzalında patrul xidməti apararkən bıçaqlanıb. Onun həyatı təhlükədə deyil. Hücum edən şəxs saxlanılıb”, – nazir sosial şəbəkədə yazıb.

İstinadlar Report