Fransanın paytaxtı Paris şəhərində “sarı jiletlilər”in nümayişi öncəsi həbslər başlayıb.

Paris polisi artıq 24 nəfəri saxladığını açıqlayıb.

Onların üzərində başqasına xəsarət yetirmək üçün istifadə edilə bilən əşyalar, həmçinin bibər qazından qorunmaq üçün hermetik eynəklər aşkar edilərək götürülüb. Belə əşyaları, həmçinin qaz maskaları və respiratorları nümayiş zamanı daşımaq qadağandır.

Bu gün “sarı jiletli”lərin etiraz aksiyaları keçirdikləri ardıcıl doqquzuncu şənbədir.

İstinadlar Report