Parisdə liseylərin yuxarı sinif şagirdlərinin iştirakı ilə izdihamlı nümayiş keçirilir.

Sakit tərzdə keçirilən aksiyanın iştirakçıları “Makron, uduzmusan, küçələrə gənclər çıxıb!” və s. şüarlar səsləndirirlər. Bu nümayiş Fransanı ağuşuna alan böyük sosial və siyasi böhran dövrünə təsadüf edir.

Xatırladaq ki, gələn il yanvarın 1-dən yanacağın bahalaşacağı açıqlandıqdan sonra noyabrın 17-dən bütün ölkə boyu kütləvi nümayiş və yürüşlər keçirilir, dekabrın 1-də isə müxtəlif şəhərlərdə kütləvi iğtişaşlara çevrilib. Dekabrın 8-də isə radikal ovqatlı etiraz aksiyalarının təkrarlanacağı gözlənilir.

İstinadlar Report