Fransa polisi ölkənin pensiya sistemi islahatına qarşı paytaxt Parisdə təşkil edilmiş nümayişin 30 iştirakçısını saxlayıb.

Bu barədə polisin məlumatına əsasən BFM telekanalı bildirib.

Daha əvvəl aksiyada 22 nəfərin saxlanıldığı bildirilirdi. Ölkənin Daxili İşlər Nazirliyinin informasiyasına əsasən aksiyada 31 min insan iştirak edib. Bu rəqəm 5 dekabr aksiyası üzvlərinin sayından iki dəfə azdır. Həmin aksiyada 65 min nəfər iştirak edib.

Məlumata görə, aksiyada asayiş keşikçiləri ilə aksiya iştirakçıları arasında toqquşmalar olub.

Qeyd edilir ki, ölkədə növbəti etiraz aksiyalarının sabah – dekabrın 12-də və 17-də keçiriləcəyi gözlənilir.

İstinadlar Report