Fransanın paytaxtı Parisdə Barlier qalereyasında azərbaycanlı rəssamların əsərləri nümayiş olunub.

Tarixi Yelisey çölləri yaxınlığında yerləşən Barlier qalereyasında baş tutan “Müasir İncəsənət” sərgisində azərbaycanlı rəssamlar Əsmər Nərimanbəyova, Mehriban Şamsadinskaya və Safranda Abdullayevanın yağlı boya ilə kətan üzərində ərsəyə gətirdiyi əl işləri yer alıb.

Əsərlərdə Azərbaycanı əks etdirən milli atributlar və milli mədəni irsimizdən nümunələr əks olunub.

Azərbaycanlı rəssam Mehriban Şamsadinskayanın “Dörd gün, bir gecə” seriyasından olan əl işlərində insanlarla bağlı fenomenal hadisələr öz əksini tapıb. Sərgi 17 iyuna kimi davam edəcək.

İstinadlar Report