Fransanın paytaxtı Paris şəhərində “sarı jiletlilər”in bu gün keçirilən etiraz aksiyası zamanı axşama doğru 189 nəfər saxlanılıb. Onlardan 4-ü azyaşlı uşaqdır.

Bu saatlara qədər aparılan 17 min 567 yoxlama nəticəsndə 189 aksiya iştirakçısı dindirilib və onlardan 122-si saxlanılıb.

Ötən şənbə “sarı jiletlilər”in 22-ci aksiyası zamanı paytaxtda gün ərzində keçirilən 9 min 473 yoxlama zaman cəmi 27 nəfər dindirilmişdi.

***18:52

Fransanın paytaxtı Parisdə “sarı jiletlilər”in bu gün keçirilən etiraz aksiyasında günorta saatlarında ölkə üzrə 9600 nəfər iştirak edir.

“Report”un Fransa bürosu xəbər verir ki, ölkə üzrə aksiyada iştirak edən 9600 nəfərin 6700-si Parisin payına düşür.

***17:38

Parisdə polisin saxladığı etiraz aksiyası iştirakçılarının sayı 126-dan çoxdur.

Bu barədə yerli polis bildirib.

*** 17:01

Parisdə etiraz aksiyasının iştirakçıları küçədəki avtomobilləri yandırıblar.

“Report” xəbər verir ki, məlumatı “RİA Novosti” yayıb.

Bildirilib ki, polis aksiyanı dağıdan zaman azı iki etirazçı baş nahiyəsindən xəsarət alıb.

Oxumağa dəyər:   Özünü tağım komandiri kimi təqdim edib rüşvət yığdı

*** 16:33

Parisdə “Sarı jiletlilər”in bu gün keçirilən etiraz aksiyası zamanı polislər gözyaşardıcı qazdan istifadə ediblər.

“Report”un Fransa bürosu xəbər verir ki, Respublika meydanına tərəf yürüş edən aksiya iştirakçılarının yürüş üçün icazə verilən marşrutdan kənara çıxması səbəbindən asayiş təminatçıları gözyaşardıcı qazdan istifadə ediblər.

Xatırladaq ki, “sarı jiletlilər”in tələblərinə cavab tədbirləri hazırlamaq məqsədilə keçirilən “böyük debatlar”ın nəticələri 15 aprel tarixində saat 20.00-da Fransa Prezidenti Emmanuel Makron tərəfindən televiziya vasitəsilə xalqa açıqlanmalı idi. Parisin Notr-Dam kilsəsində həmin tarixdə saat 18.15-də baş verən yanğın səbəbindən ölkə Prezidenti çıxışını təxirə salmaq məcburiyyətində olub. Beləliklə, “sarı jiletlilər” 23 həftə bundan qabaq – ötən ilin noyabrın 17-də başladıqları nümayişləri davam etdirirlər.

*** 13:23

Fransanın paytaxtı Parisdə İqtisadiyyat Nazirliyinin binası yaxınlığında “sarı jiletlilər”in etiraz aksiyası başlayıb.

“Report” xəbər verir ki, məlumatı “RİA Novosti” yayıb.

Bildirilib ki, aksiya iştirakçılarından biri “Notr Dam de Pari üçün milyonlar, bəs kasıblar?” şüarı tutub.

Oxumağa dəyər:   Ermənistan baş nazirinin müşaviri vəzifəsindən azad edilib

Hakimiyyət Yelisey çölü prospektində, Parisin Müqəddəs Ana kilsəsinin yerləşdiyi rayonda etiraz aksiyasının keçirilməsinə növbəti dəfə icazə verməyib.

Qeyd edək ki, “sarı jiletlilər” 23-cü həftədir küçələrdə aksiya keçirirlər.

“Milyarderlər kilsəsinin bərpasına milyard avro tapır, ancaq 140 min evsiz-eşiksiz barədə heç kim düşünmür”, – deyə yürüş iştirakçılarından biri “Facebook” səhifəsində yazıb.

Fransanın Daxili İşlər naziri Kristofer Kastaner aksiya ərəfəsində bildirmişdi ki, yürüşün təhlükəsizliyini 60 min polis əməkdaşı təmin edəcək.

Qeyd edək ki, “sarı jiletlilər” 2018-ci il noyabrın 17-dən Fransada 2019-cu il yanvarın 1-dən benzinə tətbiq edilən vergini 2,9 faiz, dizelə isə 6,5 faiz artırılacağına qarşı etiraz aksiyası keçirir.

İstinadlar Report