Fransa planlaşdırılan pensiya islahatlarından narazılıqlarını ifadə etmək məqsədilə yüzminlərlə insan ölkə paytaxtı Parisin küçələrinə çıxıb.

CGT-nin hesablamalarına görə, nümayişçilərin sayı 500 min nəfərə çatır. Bu, islahat əleyhinə ilk kütləvi etirazların keçirildiyi yanvarın 19-u ilə müqayisədə 100 min nəfər çoxdur.

Nümayişlər əsasən dinc xarakter daşıyır. Buna baxmayaraq, etirazçılarla hüquq-mühafizə orqanları əməkdaşları arasında müəyyən toqquşmalar olduğu da bildirilir.

BFMTV telekanalının məlumatına görə, Parisdə etiraz aksiyaları zamanı 6 nəfər saxlanılıb.

İstinadlar Report