
Paris prokurorluğu “X” sosial şəbəkəsinin alqoritmlərinin təhrif edildiyi iddiası ilə bağlı araşdırmalara başlayıb.
Bu barədə “Franceinfo” radiostansiyası məlumat yayıb.
Prokurorluğun bəyanatında deyilir ki, alqoritmlər, güman ki, avtomatlaşdırılmış məlumatların emalı sisteminin işini təhrif edib və hakimlər və kibercinayətkarlıqla mübarizə şöbəsinin əməkdaşları sistemi təhlil edir və ilkin texniki yoxlama aparır.