Fransada Paris prokurorluğu “Milli Birlik” siyasi partiyasının lideri Marin Le Penin 5 il müddətinə azadlıqdan məhrum edilməsini, həmçinin analoji müddətə səsvermə hüququnun itirilməsini tələb edib.

Bu barədə BFMTV kanalı məlumat yayıb.

Prokurorluq belə bir tələblə Le Pen və onun tərəfdaşlarına qarşı Avropa Parlamentində saxta deputat köməkçiləri işə götürmək ittihamı ilə bağlı çıxış edib.

İstinadlar Report