Dünən Quba rayonunda 38 yaşlı Şamo Salman oğlu Mehdiyevin yamac paraşütü ilə uçarkən faciəvi şəkildə ölməsi hadisəsinin bəzi detalları üzə çıxıb.
Məlumata görə, hadisə saat 17 radələrində Qırızdəhnə kəndinin ərazisində baş verib.
Laçın rayon sakini olan Şamo paraşütlə enərkən iplər bir-birinə dolaşıb. Nəticədə həvəskar idmançı təxminən 10-15 metr hündürlükdən yerə sərt şəkildə düşüb və onun ayaqları qırılıb.
Ş.Mehdiyev xəstəxanaya aparılarkən yolda ölüb. Bildirilir ki, Ş.Mehdiyevin xəsarəti ölümcül olmayıb, lakin o, travmatik şoka düşüb və bu səbəbdən vəfat edib.
Qeyd edək ki, Ş.Mehdiyev stomatoloq olub və həvəskar şəkildə yamac paraşütçülüyü ilə məşğul olurmuş.