Paraqvay Tayvanın BMT sisteminə qoşulmasını dəstəkləyir.

Bu barədə Cənubi Amerika ölkəsinin Prezidenti Santyaqo Penya BMT Baş Assmableyasında çıxış edərkən bildirib.

“Paraqvay hökuməti Çin Respublikası – Tayvanın Birləşmiş Millətlər Təşkilatı sisteminin ayrılmaz hissəsi olmasına dəstəyini ifadə edir”, – dövlət başçısı deyib.

Onun sözlərinə görə, BMT üzvlərinin bu məsələdə çözüm tapması vacibdir.

İstinadlar Report