Paraqvay Prezidenti Mario Abdo Benites koronavirusa yoluxub.

Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Dövlət başçısı yüngül simptomlarla mövcud sağlamlıq protokoluna uyğun olaraq özünü təcrid edəcək.

Qeyd edilir ki, dövlət başçısı ölkənin birinci xanımı Silvana Lopezin koronavirus testi müsbət çıxdıqdan sonra özünü təcrid edib. Onların hər ikisi koronavirusa qarşı peyvənd olunub.

İstinadlar Report