Paraqvay prezidenti Mario Abdo Benitezdenqe qızdırması xəstəliyinə yoluxa bilər.

Bu barədə “ABC Color” televiziyasına müsahibəsində ölkənin Səhiyyə naziri Xulio Massoleni deyib.

Nazir prezidentin xəstəliyə tutulma ehtimalını istisna etməyib və bildirib ki, laboratoriya müayinələrinin nəticələrindən sonra konkret addımlar atılacaq.

Onun sözlərinə görə, dövlət başçısı iki gün ərzində istirahət edəcək: ” Prezident onun üçün xarakterik olmayan narahatlığının olduğunu bildirdi və biz tam müayinə aparmaq üçün paytaxta qayıtmaq qərarına gəldik. Şübhəsiz ki, denqe qızdırması xəstəliyi üçün bu xarakterik kliniki haldır”.

İstinadlar Report