Paraqvay respublikasının prezidenti Mario Abdo Benitez ölkədə etiraz aksiyaları başladıqdan sonra bütün nazirlərdən hökumətdə dəyişiklik etmək üçün istefa etmələrini istəyib.

Bu barədə ölkənin İnformasiya Texnologiyaları və Kommunikasiya naziri Manuel Brunetti məlumat verib.

“Prezident vətəndaşları eşitdi. Kabinetindəki bütün nazirlərdən istefaları barədə ərizələrini ona təqdim etmələrini istəyib. Dövlət başçısı baş verəcək dəyişikliyi elan edəcək”-deyə, nazir bildirib.

İstinadlar Report