Papua-Yeni Qvineyanın ilk Baş naziri Maykl Somare 84 yaşında dünyasını dəyişib.

Ölkəyə müstəqillik qazandıran Somare Port-Morsbidəki hospitalda vəfat edib. Keçmiş hökumət başçısının ailəsi bildirib ki, onun ölümünə səbəb çox gec aşkarlanmış mədəaltı vəzi xərçəngi olub.

Qeyd edək ki, Maykl Somare Papua-Yeni Qvineyanın 1975-ci ildə müstəqilliyini elan etməsindən sonra ilk Baş naziri olub. O, 17 il ərzində hökumətə başçılıq edib. Somare parlamentdə bir neçə il işlədikdən sonra 2017-ci ildə siyasətdən getmək qərarına gəlib.

İstinadlar Qafqazinfo