
Papua Yeni Qvineyanın şimalında baş verən sürüşmə nəticəsində 4 mindən çox insan xəsarət alıb.
Torpaq sürüşməsi mayın 24-də Enqa əyalətinin Kaokalam kəndində baş verib. Yerli KİV rəsmilərə istinadən yazıb ki, təbii fəlakət nəticəsində 300-ə yaxın insan və 1 000-dən çox ev “basdırılıb”.
Avstraliya Xarici İşlər Nazirliyinin məlumatlarına əsasən, sürüşmə nəticəsində altı kənd zərər çəkib. Bu yaşayış məntəqələrinin ərazisində 4 mindən çox insan yaşayır.