
Papua-Yeni Qvineyaya məxsus Yeni Britaniya adası sahillərində 6,2 maqnitudalı zəlzələ qeydə alınıb.
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, zəlzələnin episentri təxminən 26 min nəfərin yaşadığı Kokopo şəhərindən (Yeni Britaniya adası) 115 km şərqdə, ocağı isə 73 km dərinlikdə yerləşib.