Ermənistanın müdafiə naziri Suren Papikyan Rusiya sülhməramlı kontingentinin yeni komandiri, general-mayor Andrey Volkovla görüşüb.

Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, görüşdə Cənub Hərbi Dairəsinin rəis müavini general-leytenant Rüstəm Muradov da iştirak edib.
Görüşdə tərəflər Rusiyanın regionda hərbi-siyasi vəziyyətin sabitləşdirilməsinə yönəlmiş səylərini, eləcə də Qarabağdakı sülhməramlıların fəaliyyətini müzakirə ediblər. 

Qeyd edək ki, müdafiə naziri general-polkovnik Zakir Həsənov dünən Andrey Volkovu qəbul edb. Görüşdə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Qarabağ iqtisadi zonasındakı əməliyyat şəraiti müzakirə olunub.

 

İstinadlar Qafqazinfo