“Papanin” və “Kubinka”da narkotik təbliğatçıları tutuldu – Video

“Papanin” və “Kubinka”da narkotik vasitələrin satışı və gənclər arasında təbliği ilə məşğul olan 8 nəfər saxlanılıb.
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, polis əməkdaşları tərəfindən Nəsimi rayonunda keçirilən əməliyyatlar zamanı – biri qadın olmaqla səkkiz nəfər tutulan zaman üzərlərindən külli miqdarda heroin, tiryək, metamfetamin və satışı qadağan psixotrop tərkibli həblər aşkar edilib. Saxlanılanlar narkotik vasitələri şəxsi istifadələri ilə yanaşı paytaxt ərazisində onlayn yolla satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.
Əməliyat nəticəsində tutulan şəxslərdən bəzilərinin gənclər və yeniyetmələr arasında narkotik vasitlərin təbliği ilə məşğul olduqları da müəyyən edilib.
Faktlarla bağlı toplanan materiallar Nəsimi RPİ-yə göndərilib. Barələrində həbs qətimkan tədbiri seçilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir.
