ABŞ hökuməti digər ölkələrlə müqayisədə COVID-19 pandemiyasına qarşı ən zəif mübarizəni aparır.

Spaniyanın “Elcano” institutu tərəfindən 11 ölkədə aparılmış sorğunun iştirakçılarının əksəriyyəti belə bir fikri bildirib.

Respondentlərdən Almaniya, İspaniya, Rusiya, Çin, Böyük Britaniya və ABŞ hökumətlərinin pandemiya ilə necə mübarizə apardığı barədə soruşulub və onları qiymətləndirmək təklif edilib.

Sorğu nəticəsində ən aşağı reytinq ABŞ-a verilib (10 baldan 4,2 bal). Qalanları isə çox yüksək olmasa da, 5 baldan çox toplayıblar.

İstinadlar Report