2020-ci ildə dünyada koronavirus pandemiyası üzündən iş vaxtının 8,8 faizi itirilib.

Bu barədə Beynəlxalq Əmək Təşkilatının (ILO) hesabatında bildirilir.

255 milyon iş yerinin ixtisarına bərabər olan bu göstərici 2009-cu il dünya maliyyə böhranı zamanı yaşanan itkiləri dördqat üstələyir. Nəticədə dünyada məcmu əmək gəlirləri 8,3 faiz, yəni 3,7 trilyon ABŞ dolları azalıb ki, bu da dünya ÜDM-inin 4,4 faizi deməkdir.

Hesabata görə, pandemiya nəticəsində dünyada kişilərin 3,9 faizi, qadınların 5 faizi iş yerini itirib. Həmçinin 15-24 yaş arasına aid gənclər arasında işsizlik 8,7 faiz təşkil edib, halbuki yetkin yaşdakı şəxslərə dair bu göstərici 3,7 faizdir.

Pandemiya nəticəsində mehmanxana biznesi və iaşə sektorunda məşğulluq səviyyəsi orta hesabla 20 faizdən çox azalıb. Eyni zamanda ötən ilin ikinci və üçüncü rübündə İKT, maliyyə, sığorta sahələrində məşğulluq artımı qeydə alınıb.

İstinadlar Report