“Panasonic” şirkəti Çində son 16 ildə istehlak elektronikasının buraxılışı üzrə yeni zavod inşa edəcək. Yaponiya şirkəti ABŞ və Çin arasında ticarət mübahisəsinə görə digər istehsalçıların zavodları Çindən kənara köçürməsinə baxmayaraq bu addımı atacaq.

Məlumata görə, “Panasonic” Çjetszyan əyalətinin Tszyasin şəhərində mətbəx texnikasının (mikrodalğalı sobalar, düyü üyüdənlər və s.) istehsalı üzrə müəssisə yaradacaq. Orada istehsalın 2021-ci ildə işə salınması planlaşdırılır. Layihəyə investisiyaların məbləği 4,5 milyard yen (41 milyon dollar) təşkil edəcək.

Şirkət yeni zavodda istehsal olunan məhsulları təkcə Çində deyil, eyni zamanda digər Asiya ölkələrində satmaq niyyətindədir. Zavod tam işə salındıqdan sonra burada buraxılan məhsulların illik istehsal həcmi 2 milyard yuan (280 milyon dollar) təşkil edəcək.

“Panasonic” şirkəti həm internet platformaları, həm də fiziki mağazalardan istifadə etməklə hər il Çində 1,84 milyard dollar dəyərində məişət texnikası satır. Şirkətin Çində üç zavodu fəaliyyət göstərir.

Oxumağa dəyər:   Bakıda anası tərəfindən ev dustağı edildiyi deyilən lezbiyan qızla bağlı - Rəsmi açıqlama

“Panasonic” Çin bazarında “Xiaomi” kimi yerli brendlər də daxil olmaqla artan rəqabətlə üzləşir. Lakin Yaponiya şirkəti məişət texnikası alıcılarını ucuz qiymətlər və gözəl dizaynla cəlb etməyə çalışır.

Nizam Nuriyev

İstinadlar ict news