Panamanın cənub-şərqində – Kolumbiya ilə sərhəddə yerləşən Daryen cəngəlliyini keçmək istəyən azı 10 miqrant çayda boğulub.

Bu barədə Panama Milli Sərhəd Xidmətinin açıqlamasında qeyd olunub.

“Alınan məlumata görə, Karreto rayonunun sahilyanı ərazisində suyun təzyiqi altında çayda boğulan 10 miqrantın cəsədi tapılıb”, – qurumdan bildirilib.

Sərhəd Xidmətinin məlumatına əsasən, hökumətin qeyri-qanuni miqrantların axınını daha böyük müdafiəni təmin edən humanitar dəhlizə yönəltmək cəhdlərinə baxmayaraq, transmilli mütəşəkkil cinayətkar şəbəkələr yerli əlaltılarının köməyi ilə qanunsuz keçidlərdən istifadə edərək insanların həyatını ciddi riskə atırlar.

İstinadlar Report