
Pakistanlı iş adamları Azərbaycanın sənaye zonalarına investisiya yatırmağa dəvət edilib.
Dekabrın 2-də Bakıda səfərdə olan Pakistanın “Global Business Alliance”ın (GBA) sədri Muhammad Asif Noorun başçılıq etdiyi nümayəndə heyəti ilə Sumqayıt Kimya Sənaye Parkında görüş keçirilib.
Məlumata görə, qonaqlara ölkəmizdə fəaliyyət göstərən sənaye zonalarının investisiya imkanları barədə məlumat verilib, sənaye zonalarının təqdimatı keçirilib.
Görüş çərçivəsində sənaye zonalarında birgə layihələrin həyata keçirilməsi, rezidentlər tərəfindən istehsal olunan məhsulların ixrac imkanlarına dair müzakirələr aparılıb