Pakistanın Xebər Paxtunxva əyalətində ekstremistlərin polis furqonuna silahlı hücumu nəticəsində azı 3 hüquq-mühafizə orqanı əməkdaşı həlak olub.
Bu barədə “Dawn qəzeti” məlumat yayıb.
Polis sözçüsü nəşrə bildirib ki, hücum nəticəsində üç polis əməkdaşı ölüb.
O qeyd edib ki, əməliyyat-axtarış tədbirlərinə başlanılıb, hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin başvermə şəraitini araşdırır.