“Pakistan International Airlines” (PIA) aviaşirkəti 4,5 illik qadağadan sonra gələn il yanvarın 10-da Avropaya uçuşları bərpa edəcək.

PİA nümayəndəsi Abdullah Hafiz Xan bildirib ki, uçuş cədvəli yekunlaşdırılıb. Şirkət tezliklə Böyük Britaniyaya reyslərin bərpası üçün icazə almaq məqsədilə bu ölkənin Nəqliyyat Nazirliyinə (DfT) müraciət edəcək.

Qeyd edək ki, Pakistanın 97 nəfərin ölümü ilə nəticələnən təyyarə qəzasından sonra pilot lisenziyası qalmaqalı ilə bağlı araşdırmaya başlamasından sonra Aİ və Böyük Britaniyanın aviasiya təhlükəsizliyi agentlikləri PIA-nın bölgədə sərnişin daşımaları üçün lisenziyasını dayandırmışdı.

İstinadlar Report