“Pakistanın Hindistana qarşı eskalasiya olmadan hərbi münaqişəyə başlamaq planı yoxdur”.

Bunu Pakistanın müdafiə naziri Xavaca Asif “RİA Novosti”yə müsahibəsində deyib.

“Bizim heç bir hərəkətə başlamaq fikrimiz yoxdur. Amma hər hansı bir hərəkət və reaksiya olacaqsa, reaksiyamız hərəkətə uyğun olacaq. Ona görə də düşünürəm ki, bu, mövcud duruma aydınlıq gətirir: biz vəziyyəti gərginləşdirmək və ya nəyəsə başlamaq istəmirik”, – deyə o bildirib.

İstinadlar Report