Pakistanın keçmiş baş naziri Nəvaz Şərif qanında trombosit miqdarının artması səbəbindən ötən gün axşam təcili olaraq həbsxana xəstəxanasına yerləşdirilib.

Xəstənin qanındakı proseslərin qəbul etdiyi dərmanlardan irəli gəldiyi müəyyənləşdirilib.

Ötən gün hökuməti N.Şərifi zəhərləməkdə ittiham edən kürəkəni də həbs edilmişdi.

Xatırladaq ki, Nəvaz Şərif korrupsiyada ittiham olunaraq ötən ilin iyul ayında 10 il həbs cəzasına məhkum edilmişdi.

İstinadlar Report