Martın 4-də İqtisadi Əməkdaşlıq Təşkilatının XIV onlayn Zirvə toplantısı keçirilib. İclasda təşkilata üzv olan ölkələrin dövlət və hökumət başçıları iştirak edib.

Zirvə toplantısına sədrlik edən Pakistanın baş naziri İmran Xan əvvəlcə sammit iştirakçılarını salamlayıb və Azərbaycanın Qələbəsi münasibətilə təbriklərini çatdırıb.

“Mən Azərbaycanın işğal olunmuş ərazilərinin müvəffəqiyyətlə azad edilməsi münasibətilə Prezident İlham Əliyevi xüsusilə təbrik etmək istəyirəm”, – o vurğulayıb.

İstinadlar Report