Pakistanın Baş naziri Şahbaz Şərif noyabrın 25-də Türkiyəyə iki günlük rəsmi səfərə yola düşəcək.

Bu barədə Pakistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Şahbaz Şərif səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək. Liderlər ikitərəfli münasibətlərə dair geniş spektrli məsələlər ətrafında fikir mübadiləsi aparacaq, regiondakı vəziyyəti və digər mövzuları müzakirə edəcəklər.

İstinadlar Report