Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin iki ölkənin işgüzar dairələrini əməkdaşlığı gücləndirməyə çağırıb.

Diplomat çağırışını Bakıda keçirilən Azərbaycan-Pakistan Biznes Forumunda edib.

“Ölkələrimiz tərəqqiyə və rifaha dair ümumi baxışla birləşərək, qarşılıqlı hörmət və bütün sahələrdə əməkdaşlığa əsaslanan uzunmüddətli qardaşlıq münasibətlərini dəstəkləyirlər. Bu gün biz misilsiz imkanların astanasındayıq. İqtisadiyyatlarımızın şaxələndirilməsi və strateji mövqeyimiz hər iki ölkəni regional və qlobal bazarlarda mühüm oyunçu və tərəfdaşa çevirir”, – o bildirib.

Səfirin sözlərinə görə, Azərbaycan və Pakistan unikal resurslarından və imkanlarından istifadə edərək, davamlı inkişafa və faydaya töhfə verə bilər: “Biz bu üstünlükləri, o cümlədən qonşu ölkələrə və regionlara da şamil edə bilərik”.

İstinadlar Report