Pakistanın cənub-qərbindəki Bəlucistanda silahlıların hücumu nəticəsində 11 nəfər həlak olub.

Bu barədə “The News” portalı məlumat yayıb.

Ondan çox yaraqlı cümə günü axşam saatlarında Nuşka şəhərindən 1 km aralıda milli avtomobil yolunu bağlayıb.

Silahlı qüvvələr maşınları yoxlamağa başlayıb, dayanmayanlara atəş açıb. Atılan mərmilər nəticəsində avtomobillərdən biri aşıb, iki nəfər ölüb.

Yaraqlılar işçiləri daşıyan sərnişin avtobusunu da saxlayıb, 9 nəfəri qaçırıblar. Daha sonra səlahiyyətlilər onların hamısının cəsədinin yaxınlıqdakı körpünün altından tapıldığını bildiriblər.

İstinadlar Report