Pakistanın cənubunda Karaçi-Sukkur marşrutu ilə hərəkət edən sərnişin avtobusunun qəzaya uğraması nəticəsində azı 4 nəfər ölüb, 14 nəfər yaralanıb.

Bu barədə “The News” qəzeti məlumat yayıb.

İnsident Xeyrpur şəhəri (Sind əyaləti) yaxınlığında baş verib. Belə ki, avtobus sürücüsü ötmə manevrini yerinə yetirən zaman idarəetməni itirib və nəticədə nəqliyyat vasitəsi aşıb.

Qəza nəticəsində sürücü və 3 sərnişin həlak olub, daha 14 nəfər yaralanıb.

İstinadlar Report