Pakistanın Pəncab əyalətində Sutlec çayında kiçik taxta qayığın çevrilməsi nəticəsində azı 8 nəfər ölüb, bir neçə nəfər isə itkin düşüb.

Yerli polis rəisi Məhəmməd İmran 35-dən çox sakinin dəfn mərasiminə yollandığı qayıq yan tərəfə əyilib və içərisinə su dolub. Qayıqda olan 10 nəfər xilas edilib.

Səbəbi hələlik bilinməyən qəza Moltan şəhərinin 250 kilometr cənubunda yerləşən Dibalpur qəsəbəsi yaxınlığında baş verib.

İstinadlar Report