Pakistanın şimal-qərbində, Xeybər-Paxtuntxva vilayətində terrorçu-kamikadzenin törətdiyi partlayış nəticəsində 11 nəfər ölüb, 15 nəfər yaralanıb.

Polisin məlumatına görə, partlayış Çarsadda şəhərində məhkəmə binasının girişində törədilib. Ölənlərdən üçü polis əməkdaşıdır. Terrorçu-kamikadze məhkəmə binasına girmək istəyərkən polis onu saxlayıb. Ancaq terrorçunun üzərindəki partlayıcı hazır vəziyyətdə olduğundan polisin açdığı atəş nəticəsində partlayıcı qurğu işə düşüb.

Hücuma görə məsuliyyəti “Taliban” hərəkatının Pakistan qolu ilə əlaqəli “Camaat-ul-Əhrar” qruplaşması öz üzərinə götürüb.

Pakistanda sonuncu dəfə baş verən partlayış zamanı  15 nəfər həlak olub.

Kvetta şəhərində poliomielitə qarşı peyvənd mərkəzinin binasının yaxınlığında törədilib.

O zaman ehtimal edilirdi ki, terakt polisə qarşı yönəldilib. Hüquq-mühafizə orqanı əməkdaşlarının məlumatına görə, həlak olan 15 nəfərdən 12-si polis, 1-i hərbçi, 2 nəfər isə mülki şəxs olub. Hadisə nəticəsində yaralanan daha 10 nəfərdən 9-u polis əməkdaşı olub.