Pakistan hüquq-mühafizə orqanları Peşavar şəhərində məsciddə baş verən partlayışda şübhəli bilinən 23 nəfəri saxlayıb.

Bu barədə “Agence France-Presse” məlumat yayıb.

Saxlanılan şübhəlilər arasında həm Peşavar sakinləri, həm də Əfqanıstanla sərhəd zonalardan olanlar var.

Bundan əvvəl şəhərin polis rəisi bildirib ki, hüquq-mühafizə orqanları artıq həbslərə səbəb olan sübutlar tapıblar. O, terrorçuya içəridən kiminsə kömək etdiyini də istisna etməyib.

Xatırladaq ki, məsciddə partlayış yanvarın 30-da baş verib.Kamikadze partlayıcı qurğunu məsciddə günorta namazı zamanı işə salıb. 101 nəfərin öldüyü, təxminən 200 nəfərin yaralandığı, ölənlərin böyük əksəriyyətinin polis əməkdaşları olduğu qeyd edilir.

İstinadlar Report