Pakistanın Peşavar şəhərində məscidlərdən birində törədilən partlayış nəticəsində çoxunun vəziyyəti ağır olmaqla 70 nəfər yaralanıb.

Bu barədə yerli polis idarəsinin məsul əməkdaşı Sikander Xan bildirib.

Onun sözlərinə görə, Pakistanın şimal-qərbində yerləşən Peşavar şəhərində namaz vaxtı məsciddə partlayış törədilib: “Partlayış nəticəsində binanın bir hissəsi çöküb. Dağıntılar altında adamlar qalıb”.

İstinadlar Report