Pakistan təhlükəsizlik qüvvələrinin Şimali Vəziristan əyalətində həyata keçirdiyi növbəti əməliyyat zamanı ən azı 12 terrorçu məhv edilib.

Bu barədə Pakistan ordusunun mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, fevralın 5-6-da həyata keçirilən antiterror əməliyyatlarında 12 yaraqlı öldürülüb, Pakistan tərəfindən isə bir əsgər şəhid olub.

İstinadlar Report