Pakistanın Hayber-Pahtunxva əyalətində iki tayfa arasında baş verən atışma nəticəsində 14 nəfər öldürülüb.

Bu barədə Geo-tv telekanalı bildirib.

Məlumata görə, toqquşma Tank ərazisində, Marvat və Betani tayfaları arasında həll edilməmiş mübahisə üstündə olub. “Hadisə Mullazay kəndində olub. Atışma köhnə düşmənçilik nəticəsində baş verib”, – deyə polisin regional bölməsinin nümayəndəsi Fəruz Şah bildirib.

Hazırda polis insidentlə bağlı araşdırma aparır, hadisəni iştirakçıları axtarılır.

İstinadlar Report