Pakistan gələn ay Rusiya ilə xam neftin idxalına dair uzunmüddətli saziş üzrə danışıqlar aparacaq.

Bu barədə “News” qəzeti məlumat yayıb.

Qeyd edilir ki, Pakistanın Energetika Nazirliyinin nümayəndə heyəti Rusiya Federasiyasından neft tədarükünü müzakirə etmək üçün oktyabrın 10-da bu ölkəyə üçgünlük səfər etməyi planlaşdırır.

Ölkə enerji mənbələrini diversifikasiya etməyə və neft məhsullarının yüksək qiymətlərinin öhdəsindən gəlməyə çalışır.

İstinadlar Report