Pakistan Baş naziri Şahbaz Şərif “Pakistan International Airlines” (PIA) milli aviaşirkətinin Parisə uçuşlarının bərpası ilə bağlı sosial şəbəkələrdə böyük qalmaqala səbəb olan və istifadəçilər tərəfindən 2001-ci il sentyabrın 11-də Nyu-York və Pentaqona hücumlarla müqayisə edilən reklamla bağlı araşdırma aparılmasına göstəriş verib.

PIA-nın 2025-ci il yanvarın 10-dan İslamabaddan Parisə uçuşların bərpası ilə bağlı reklamı Eyfel qülləsinə doğru birbaşa uçan təyyarə təsviri və “Paris, biz bu gün gələcəyik” şüarı ilə dərc edilib. Bu, böyük tənqidə səbəb olub.

Pakistanın maliyyə naziri Məhəmməd İshaq Dar parlamentin iclasında bildirib ki, Baş nazir Şahbaz Şərif bu cür reklamın aviaşirkət tərəfindən necə təsdiqləndiyini araşdırmağı tapşırıb.

İstinadlar Report