
Pakistan hərbçiləri Hindistanın Cəmmu və Kəşmir ittifaq ərazisinin bir neçə rayonunda nəzarət xəttində yenidən atəş açıblar.
Bu barədə Hindistan quru qoşunları bildirib.
“29-30 aprel 2025-ci il gecəsi Pakistan ordusunun postları Cəmmu və Kəşmir ittifaq ərazisindəki Nauşera, Sunderbani və Ahnur sektorları qarşısında nəzarət xətti boyunca atıcı silahlardan atəş açıblar. Hindistan ordusu qüvvələri tez və mütənasib şəkildə cavab veriblər”, – bəyanatda deyilir.