Pakistan ordusunun ölkənin Xayber-Paxtunxva əyalətində həyata keçirdiyi iki əməliyyat nəticəsində yeddi yaraqlı öldürülüb.

Bu barədə Pakistan ordusunun mətbuat xidməti funksiyasını yerinə yetirən İctimaiyyətlə Əlaqələr üzrə Qurumlararası İdarənin (ISPR) məlumatında bildirilib.

Məlumata görə, əməliyyatlar dünən səhər başlanıb və iki gün davam edib. Dera İsmail Xanda keçirilmiş əməliyyat çərçivəsində əsas radikal da daxil olmaqla üç yaraqlı öldürülüb, daha ikisi yaralanıb.

Şimali Vəziristan dairəsində ayrıca əməliyyat zamanı təhlükəsizlik qüvvələri atışmada dörd yaraqlını məhv edib, üçü yaralanıb.

İstinadlar Report