Fevralın 25-də Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev Azərbaycanda səfərdə olan Pakistan İslam Respublikasının Sərhəd İşləri Təşkilatının Baş icraçı direktoru general-mayor Kamal Azfarın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə nazirlikdən məlumat verilib.

Görüşdə hərbi, hərbi-texniki, hərbi-təhsil, mühəndis təminatı və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə edilib, hər iki ölkənin orduları arasında dostluq və qardaşlıq münasibətləri üzərində qurulan əməkdaşlığın uğurla inkişaf etdiyi vurğulanıb.